İSTİFADƏÇİ ŞƏRTLƏRİ VƏ QAYDALARI

Bu şərtlər və qaydalar platforma və xidmətə, həmçinin platformanın bir hissəsi olaraq sizə təqdim olunan bütün məlumatlara, tövsiyələrə və "YOD"un təqdim etdiyi xidmətə şamil edilir. Xahiş edilir ki, bu qayda və şərtləri xidmətdən istifadə etmədən və platformanı yükləmədən əvvəl diqqətlə oxuyun.

I Ümumi müddəalar

Bu platformada istifadəçi (bundan sonra "siz", "istifadəçi" yaxud "pasiyent") kimi qeydiyyatdan keçməklə hazırkı qayda və şərtləri qəbul etdiyinizi bildirirsiniz.

Platformada qeydiyyatdan keçməklə "YOD" ilə razılaşmanı qəbul etdiyinizi təsdiqləyirsiniz. Platforma və buradakı məzmun "YOD"un mülkiyyəti sayılır.

Hazırkı "Qaydalar və Şərtlər"də böyük hərflərlə yazılmış sözlər və ifadələr aşağıdakı mənaya gəlir:

  • www.yod.com bildirir ki, "YOD" Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq qaydada təşkil edilmiş və fəaliyyət göstərən məhdud məsuliyyətli cəmiyyətdir.
  • Platforma dedikdə internet əsasında qurulan proqram təminatı texnologiyası nəzərdə tutulur və "YOD" bu vasitə ilə sizə xidmət təqdim edir.
  • Xidmət dedikdə video, audio və ya yazışma mesajı vasitəsilə onlayn tibbi konsultasiya və həkim məsləhətləri almaq; xüsusən xaricdə—o cümlədən Almaniya Federativ Respublikasında həkim tapmaq və görüş istəmək başa düşülür.
  • Həkim(lər) dedikdə platforma istifadəçilərinə müvafiq tibbi xidmətləri göstərmək məqsədilə "YOD" ilə müvafiq razılaşma imzalamış tibbi xidmət təqdim edən şəxslər başa düşülür.

II Razılaşma

  • Burada siz bəyan edirsiniz ki, müvafiq razılaşmaları və müqavilələri qəbul etmək üçün fiziki şəxs olaraq yetkinlik yaşına çatmış və ya üçüncü şəxsin adından çıxış etmək üçün səlahiyyətlisiniz.
  • "YOD" heç bir tibbi məsləhət və ya xidmət təqdim etmir. "YOD" sadəcə texnoloji həll təmin edir.
  • "YOD" öz rəyi əsasında platformada təqdim olunan xidmətləri istənilən vaxt hər hansı istifadəçi üçün dayandırmaq hüququna malikdir.
  • Qeydiyyat zamanı tələb olunan şəxsi məlumatlarınızı, mobil telefon nömrənizi və digər məlumatlarınızı təqdim etməlisiniz. İstifadəçi adı və şifrəniz unikal olub yalnız sizin istifadə üçün nəzərdə tutulur.
  • Siz sağlamlığınız və xəstəliyiniz barədə, o cümlədən digər şəxsi məlumatlarınızın "YOD" tərəfindən hazırkı qayda və şərtlər və Məxfilik siyasətinə uyğun istifadəsinə razılıq verirsiniz.
  • "YOD" pasiyent məlumatlarını qorumaq üçün bütün tədbirləri görür. Pasiyentin sağlamlıq qeydlərini yalnız seçdiyiniz həkimlər əldə edə bilər və tibbi xidmətlər üçün istifadə edilə bilər.

III Xidmət

  • Platformanın məqsədi tibbi xidmət verən müəssisə, şəxslər ilə pasiyent və həkim arasında əlaqəni asanlaşdırmaqdır. Təcili hallarda onlayn konsultasiya və platformadan istifadə edilməməlidir.
  • Siz tibbi məsləhət üçün həkimə bütün vacib məlumatları təqdim etməyə razılıq verirsiniz. Həkim əlavə müayinə və analiz üçün klinikaya dəvət edə bilər.
  • "YOD" həkimlərin verdiyi məsləhət və göstərişlərin nəticələrinə görə məsuliyyət daşımır.
  • Platforma vasitəsilə avtomatik SMS bildirişlərini qəbul etməyə razılıq verirsiniz.

IV İstifadəçi öhdəlikləri

Aşağıdakıları qəbul edirsiniz:

  • İstifadəçi adınızı yalnız şəxsi məqsədlər üçün istifadə edəcək və üçüncü tərəflə paylaşmayacaqsınız
  • www.yod.com saytındakı Qaydalar və Şərtlərə və Məxfilik siyasətinə riayət edəcəksiniz
  • Başqa şəxslərə istifadəçi adınızı istifadə etməyə icazə verməyəcəksiniz
  • Qanunsuz məqsədlər üçün platformadan istifadə etməyəcəksiniz
  • Şifrənizin və təsdiq məlumatlarınızın məxfiliyini qoruyacaqsınız
  • Ölkənizdə qüvvədə olan bütün qanunlara riayət edəcəksiniz

V Məhdudiyyətlər və qadağalar

Aşağıdakılar qadağandır:

  • Platformanı üçüncü tərəfə təqdim etmək, lisenziyalaşdırmaq və ya kommersiya məqsədilə istifadə etmək
  • Platforma əsasında törəmə işlər həyata keçirmək
  • Zorakılıq, əxlaqsızlıq və ya müəllif hüquqlarını pozan materialı yaymaq və ya saxlamaq

VI Xitam

Qaydaların və Məxfilik siyasətinin pozulması xidmətin dayandırılmasına səbəb ola bilər. "YOD" pozuntuları araşdırmaq və məsuliyyət tədbirləri görmək hüququna malikdir.

VII Təzminat

Siz bəyan edirsiniz ki, "YOD" tətbiqində xidmət edən tibbi xidmət verən müəssisə, şəxslər və həkimlərin səhlənkarlığından doğan səhvlər və zərərlərə görə heç bir məhkəmə iddiası qaldırmayacaqsınız.